Kirayə avtomobil
Emirate Cars müştərilərinə Bakıda rahat və etibarlı hərəkət imkanı təqdim edir. Kirayə avtomobil xidməti ilə siz istədiyiniz modeli seçərək şəhərdaxili və ya uzaq səfərlərinizdə sərbəst hərəkət edə bilərsiniz. Bizim təklif etdiyimiz avtomobillər texniki baxışdan keçirilmiş, təmiz və istifadəyə tam hazır vəziyyətdə təqdim olunur. İcarə prosesi sadədir, şərtlər isə şəffafdır. İstər işgüzar görüş, istər ailəvi istirahət üçün olsun, burada hər ehtiyaca uyğun gunluk, heftelik və ayliq icare paketləri mövcuddur.
Hava limanı qarşılama (Fast Track) və transfer
Emirate Cars səyahətlərinizi daha rahat və problemsiz etmək üçün hava limanında qarşılama və transfer xidmətləri təqdim edir. Fast Track xidməti sayəsində pasport nəzarətində vaxt itirmədən sürətli keçid əldə edəcəksiniz. Peşəkar sürücülərimiz sizi hava limanında qarşılayır və seçdiyiniz ünvana komfortlu şəkildə çatdıracaq. Bu xidmət həm fərdi səfərlər, həm də işgüzar görüşlər üçün ideal həll yoludur. İstər qısa, istər uzun səfərlərdə rahatlıq və vaxtınıza qənaət bizim əsas prioritetimizdir!
Bələdçi xidməti
Emirate Cars müştərilərinə peşəkar bələdçi xidməti təqdim edir. Bu xidmətlə Bakını və digər bölgələri daha yaxından tanıya, tarix, mədəniyyət və ənənələr haqqında ətraflı məlumat əldə edə bilərsiniz. Təcrübəli bələdçilərimiz sizə marşrut planında dəstək olacaq və səyahətinizi daha zəngin və yaddaqalan edəcək. İstər fərdi gəzinti, istər qrup ekskursiyası olsun, bələdçimiz hər zaman yanınızda olacaq. Müştərilərin vaxtına qənaət, rahatlıq və məlumatlı səyahət bizim əsas prioritetimizdir!
Sürücü xidməti
Emirate Cars avtomobil icarəsi ilə xidməti bitirmir, həm də peşəkar sürücü xidməti də təqdim edir. Təcrübəli sürücülərimizlə siz şəhərdaxili gedişlərdə və uzun məsafəli səfərlərdə maksimum rahatlıq əldə edəcəksiniz. Bu xidmət işgüzar görüşlər, rəsmi tədbirlər və ya şəxsi səyahətlər üçün ideal seçim olacaq. Əmin ola bilərsiz ki, sürücülərimiz yol qaydalarını mükəmməl bilirlər və təhlükəsizliyi hər zaman ön planda saxlayırlar. Sürücü xidmətindən yararlanaraq səfərinizin dadını çıxarın, idarəetməni isə biz sizin yerinizə həyata keçirək!
Turların təşkili
Emirate Cars müştərilərinə peşəkar turların təşkili xidmətini də təqdim edir. Təcrübəli komandamız sizin üçün fərdi marşrutlar hazırlayaraq, Azərbaycanın gözəl bölgələrini daha rahat şəkildə kəşf etməyinizə imkan yaradacaq. İstər şəhərdaxili ekskursiyalar, istər regionlara səfərlər üçün olsun, heç bir fərqi yoxdur! Hər səyahətiniz bizim xidmətimizlə yadda qalan olacaq. Tur zamanı komfortlu avtomobillər, peşəkar sürücülər və istəyə görə bələdçi xidməti də təmin edilir. Hər detalı düşünülmüş turlarımızla vaxtınıza qənaət edin və sadəcə səyahətdən həzz alın!
Mikroavtobus və avtobusların təşkili
Emirate Cars böyük qruplar və kollektiv səfərlər üçün mikroavtobus və avtobus icarəsi xidməti təqdim edir. Bu xidmət sayəsində istər şirkət tədbirləri, istər turistik gəzintilər, istərsə də xüsusi mərasimlər üçün rahat nəqliyyat həlli əldə edə bilərsiniz. Avtobus və mikroavtobuslarımız geniş salon, komfortlu oturacaqlar və təhlükəsizlik standartlarına uyğun texniki vəziyyəti ilə seçilir. Sürücü ilə birlikdə təşkil olunan bu xidmət qrup halında səyahəti daha asan və təhlükəsiz edəcək. İcarə prosesi sadə, şərtlər isə olduqca şəffafdır. Yüksək səviyyəli xidmətimizlə siz yalnız səyahətdən həzz alacaqsınız!
Ekskursiya və qrupların təşkili
Ekskursiya və qrupların təşkili ilə Emirate Cars müştərilərinə fərdi gəzintilər zamanı xüsusi xidmət təklifi edir. Siz şəhərdaxili turlar, regionlara səyahətlər planlarını bizimlə daha əminliklə təşkil edə biləcəksiniz. Çünki burada hər şey sizin rahatlığınız üçün planlaşdırılır. Rahat avtomobillər, peşəkar sürücülər və istəyə görə bələdçi xidməti ilə ekskursiyalar daha zəngin və yadda qalan olacaq. Qrup səfərlərində iştirakçılar üçün vaxtın və marşrutun düzgün idarə edilməsi təmin edilir. Əmin olun ki, bu xidmətlə siz həm təhlükəsizlik, həm də maksimum komfort qazanacaqsınız!
Tədbirlərin təşkili
Emirate Cars avtomobil icarəsi ilə yanaşı, eyni zamanda bir çox xidmətləri də sizin üçün təqdim edir. Bu xidmətlərdən biri də tədbirlərin təşkili xidmətidir. Şirkətinizin rəsmi görüşləri varsa, ailəvi mərasimlər və ya xüsusi tədbirlər üçün xüsusi təşkilatçılıq istəyirsinizsə, biz bütün təşkilati detalları sizin yerinizə həll edirik! Peşəkar komanda heyətimiz tədbirin marşrutunu, iştirakçıların daşınmasını və vaxt idarəsini dəqiq planlaşdıraraq sizə həm vaxt qazandıracaq, həm də rahatlıqla bu tədbirin öhdəsindən gəlməyə yardımçı olacaqlar. Rahat avtomobillər, sürücü xidməti və əlavə dəstək ilə tədbiriniz problemsiz və yüksək səviyyədə keçiriləcək. Bizim məqsədimiz hər bir tədbiri sizin üçün daha rahat və yadda qalan etməkdir!